Xaricilər üçün – viza və ya immiqrasiya kartı, sürücülük vəsiqəsi
Xaricilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə
YAŞ MƏHDUDİYYƏTİ VƏ SÜRÜCÜLÜK TƏCRÜBƏSİ:
Minimum yaş – 23
Minimum sürücülük təcrübəsi – 2 il
KİRAYƏYƏ GÖTÜRÜLƏN AVTOMOBİLLƏ BAĞLI ÖHDƏLİKLƏR:
Avtomobil kirayəyə götürülərkən müqavilə bağlamaq əsas şərtdir. Müqavilədə müştərinin imzası, öhdəliklər haqqında məlumatı və müştərinin razılığ üzrə təsdiqi öz əksini tapmalıdır.
Müqavilənin predmeti:
İcarədar avtomobili icarəçiyə mülkiyyət hüququ ilə müvəqqəti istifadə etmək üçün verir. Avtomobildən istifadə etmək üçün icarədar icarəçiyə müqavilə əsasında müəyyən olunmuş məbləğdə maliyyə ödəyir.
Tərəfdaşlar avtomobili bu müqavilənin ayrılmaz hissəsi olan təhvil – təslim aktı əsasında təhvil – təslim edirlər.
Kirayəyə verilən avomobillər müqavilədə tərəfdaşların razılığına əsasən qiymətləndirilirlər.
Tərəfdaşların öhdəlikləri:
Avtomobil icarəçiyə müqavilənin imzalandığı gün çatdırılır.
İşləmə vəziyyətini yoxlayandan sonra, avtomobil icarəçiyə verilir. Hər ayın sonunda icarədar avtomobilə texniki baxışın yoxlanmasına görə məsulliyyət daşıyır.
Avtomobil tələb olunan sənədlərlə birlikdə icarəçiyə verilir.
Avtomobil qanunun tələblərinə uyğun olaraq sığortalanmalıdır.
Bu müqavilə çərçivəsində icarəçidən öhdəliklərə əməl olunmaq tələb olunur.
İcarəçinin öhdəlikləri:
Avtomobilin istifadəsi məqsədə uyğun gəlir və bunun istifadəsi üçün müəyyən olunmuş məbləğ icarədara vaxtında ödənməlidir.
Qanuna görə, avtomobilin istifadə olunduğu dövrdə üçüncü tərəfdaş tərəfindən avtomobilin hərəkət mexanizminə və hissələrinə vurulan ziyana görə icarəçi məsuliyyət daşıyır.
Avtomobilin İcarə müqaviləsinin sonunda, icarəçi avtomobili təhvil-təslim aktına əsasən qaytarır.
. Əgər avtomobil uzun müddətə kirayəyə verilirsə, bu halda bir aylıq limit beş min mil (8,000 km) olacaq, əgər limit keçilərsə icarəçi nümayəndələrin iştirakı ilə avtomobilin yağının və hissələrinin dəyişməsinə məsuliyyət daşıyır.
İcarəçi müqavilə çərçivəsində olan bütün bu öhdəlikləri qəbul edir.
Kirayə haqqı və prosedurları
İcarəçi avtomobildən istifadə etdiyi üçün hər gün müəyyən edilmiş maliyyəni ödəməlidir. Sığorta da bu qiymətə daxildir.
Kirayə üçün ödənişdən əlavə, icarəçi yol qəzaları üçün, avtomobilin oğurluğu və şəxsi qəzalarla bağlı da müəyyənləşmiş məbləğdə pul ödəməlidir. Əgər avtomobil zədələnməyibsə, franşiza tam olaraq icarəçiyə qaytarılmalıdır.
Əgər avtomobil icarədə olan vaxt icarəçi yol hərəkət qaydalarını pozarsa və avtomobili yüksək sürətlə idarə edərsə, müəyyən olunmuş depozit İcarədarda 15 gün qalır.
Əgər avtomobilin icarəçi tərəfindən gətirilməsi bir saat gecikirsə, bir günlük kirayə haqqının 20% -i, əgər 2 saat gecikərsə kirayə haqının 40%-i, əgər avtomobil 3 saatdan çox gecikərsə kirayə haqqının 60%-ni icarəçi tərəfindən ödənməlidir. Avtomobilin icarəçi tərəfindən 4 saat gecikdirilməsi oğurluq hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən uyğun ölçülər götürülür.
Kirayə haqqının ödənişi icarədara icarəçi tərəfindən nağd şəklində və ya bank vasitəsilə köçürülür.