TƏLƏB OLUNAN SƏNƏDLƏR :


• Passport və ya şəxsiyyət vəsiqəsi
• Sürücülük vəsiqəsi
• Əcnəbilər üçün – viza və ya immiqrasiya kart , beynəlxalq sürücülük vəsiqəsi
• Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə

      YAŞ HƏDDİ VƏ SÜRÜCÜLÜK TƏCRÜBƏSİ :


• Minimum yaş -24 .
• Minimum sürücülük təcrübəsi – 1 il

    ICARƏ AVTOMOBİLİN ŞƏRTLƏRİ


Müqavilə, İcarə vasitənin ( avtomobil) icarəyə verərkən ayrılmaz hissəsidir. Müqaviləyə müştərinin imza atmağı, müqavilədə qeyd olunmuş şərtlərlə tanış olduğunu və razılaşdığını təsdiqləyir.

     1.MÜQAVİLƏNİN PREDMETİ.


1.1.İcarəyə verən mülkiyyət hüququ ilə ona məxsus avtonəqliyyat vasitəsini İcarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir.
1.2. Tərəflər avtonəqliiyat vasitəsini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “təhvil-təslim aktı ” na əsasən bir birinə təhvil verib və qəbul edirlər.
1.3 Bu müqavilə üzrə icarəyə verilən avtonəqliyyat vasitələri tərəflərin razılığına əsasən qiymətləndirilir.

       2.TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ.


2.1 İcarəyə verənin öhdəlikləri:
2.1.1.Avtonəqliyyat vasitəsini muqavilənin imzalandığı gün icarədara təhvil verir.
2.1.2.Avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və teniki müayinədən kecirdikdən sonra icarədara təhvil verir. Hər ayın axırı maşının texniki müayinədən kecmısini icarəyə verən öz üzərinə götürür.
2.1.3.Avtonəqliyyat vasitəsini idarə etmək ücün tələb olunan sənədləri ilə birlikdə icarədara təhvil verir. 2.1.4.Avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalayır.
2.1.5. Icarədardan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməsini tələb edir.
2.2.Icarədarın öhdəlikləri:
2.2.1. Avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəy
2.2.2. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
2.2.3.Avtonəqliyyat vasitəsinin icarə muddəti bitdiyi gün (və saat) icarəyə verənə “təhvil-təslim aktı”na əsasən qaytarır. 2.2.4.Avtonəqliyyat vasitəsi əgər uzunmüddətli icarəyə götürülürsə aylıq beş min kilometr limit verilir, limiti aşdıqda isə yağdəyişmə, əyləclərin yenilənməsi icarədar öz öhdəsinə götürür və icarəyə verənin və ya nümayəndəsinin iştirakı ilə dəyişdirilir.
2.2.5. Icarəyə verəndən bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini tələb edir.

     3. İCARƏ HAQQI VƏ HESABLAŞMA QAYDASI.


3.1.Icarədar Avtonəqliyyat vasitəsinin istifadəsinin hər “1” günü üçün müəyyən olunmuş məbləği ödəyir. Qiymətlərə sığorta daxildir.
3.2. Icarədar icarə haqqından əlavə yol-qəza, oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş depozit (Franşiza) avtonəqliyyat vasitəsini təhvil alan gün icarəyə verənə ödəyir, əgər avtonəqliyyat vasitəsinə hec bir ziyan dəymədikdə franşiza icarəyə götürənə tam olaraq qaytarılır.
3.3 İcərədar avtonəqliyyatın içarə müddətində qayda pozuntularına, sürət həddini aşarsa qoyulmuş depozit (Franşiza) icarəçidə 15 gün müddətində saxlanılır.
3.4.Avtonəqliyyat vasitəsinin icarədar tərəfindən təslim edilməsi bir saata gecikdirildiyi halda bir günlük icarə haqqınin 20 %-i məbləğində, 2 saata gecikdirildiyi halda bir günlük icarə haqqınin 40 %-i məbləğində, 3 saata gecikdirildiyi halda bir günlük icarə haqqınin 60 %-i məbləğində bu müddət 3 saatdan artıq olduqda isə bir gün üçün icarə haqqı dəyərində icarə verənə cərimə ödəyir. Icarədar tərəfindən 4 saatdan artıq müddətdə avtonəqliyyat vasitəsinin geciktirilməsi icarəyə verən tərəfindən ogurluq hadisəsi kimi qiymətləndiriləcək və bu barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uygun olaraq lazımı tədbirlərin görülməsi üçün hüquq mühavizə orqanlarına müraciyyət olunacaqdir.
3.5. Icarə haqqı icarədar tərəfindən icarəyə verənə nəğd və köcürmə yolu ilə ödənilir.

     4. XÜSUSİ ŞƏRTLƏR.


4.1. Icarədar A.B.C. qrupuna daxil olan Avtonəqliyyat vasitəsini icarəyə götürmək üçün 24 yaşına catmalı və ən azı bir il qüvvəsi olan sürücülük vəsiqəsinə malik olmalıdır.
4.2. Avtonəqliyyat vasitəsi icarəyə verəni məlumatı və ya razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxıla bilməz. Bu barədə icarədar məsuliyyət daşıyır.
4.3.Icarədar tərəfindən yol təhlükəsizlik qaydalarının pozulması zamanı müvafiq icra hakimiyyəti orqanları tərəfindən avtonəqliyyat vasitəsinin saxlanması və tutulması icarəyə verilmiş vaxtdan hesab olunur və həmin vaxt bu müqavilə ilə nəzərdə tutulmuş istifadə müddətindən çoxdursa icarədar dəyərini icarə verənə ödəyir.
4.4. Icarədar tərəfindən spirtli içgi habelə narkotik vasitələrin təsiri altında və ya icazə verilmiş sürət həddinin aşılması, icarədardan qəsdən və ya kobud ehtiyyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortalar öz qüvvəsini itirir. Icarədar hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən ən yaxın Yol Polis Idarəsinə müraciyyət edib qəzanın təsdiqini və ya alkoqol test arayışını almalı. Həmcinin sığorta şirkəti ilə əlaqə saxlamalıdırlar. Əks halda dəyən ziyanın ödənilməsi icarədarın üzərinə düşür.
4.5. Avtomobilin icarədarın səhvi olmadan mühərrik tranmisiya (arxa-qabaq körpü ötürmələr qutusu) akumlyator və şinlərdə olan nasazlıqlara görö icarəçi cavabdehlik daşıyır. Digər texniki xidmət və servislərə icarədar cavabdehdir. Müəyyən qəza hadisəsində və ya icarədarın səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa) ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə icarəyə verən cavabdehlik daşımır və bu halda ziyan icarədar tərəfindən bu müqavilənin 3.2. bəndi ilə nəzərdə tutulmuş franşizanın hesabına aradan qaldırılır.

      5. QADAĞALAR.


5.1. Avtonəqliyyat vasitəsinin ovda, inşaatda, təsərrüfat işlərində, ağır yük daşınmalarda istifadəsi qadağandır.
5.2 Avtonəqliyyatda yandırıcı, partlayıcı və buna oxşar maddələrin daşınması qadağandır.
5.3 Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin icarəçi tərəfindən ictimai qaydanı pozmaq, əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik etmək, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozmaq qadağandır.
5.4 Avtonəqliyyatın dizaynında dəyişiklik etmək qadağandır.
5.5 İcarəçi müqavilənin 5-ci maddənin bəndlərinə əməl etməszə, müəyyən edilmiş məbləğdə cərimə ödəyəcəkdir.

     6. YEKUN MÜDDƏALAR.


6.1. Tərəflərin razılığı ilə müqavilənin müddəti təyin olunur.
6.2.Tərəflərin razılığı ilə bu müqaviləyə əlavə və ya dəyişikliklər edilə bilər. Müqavilənin vaxtından 2 saat əvvəl xitamı yalnız tərəflərin razılığı ilə verlə bilər.
6.3.Tərəflər arasındakı bütün narazılıqlar bir qayda olaraq danışıqlar yolu ilə həll olunur, razılıq əldə olunmadıda isə bu mubahisə məhkəmə qaydasında həll olunur.
6.4. Bu müqavilədə nəzərdə tutulmayan bütün məsələlər Azərbaycan Respublikasının həmin an qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
6.5. Icarədarın şəxsiyyətin təsdiq edən sənəd və sürücülük vəsiqəsinin sürəti cixarilaraq (kopyalanaraq) bu müqaviləyə tikilməlidir.
6.6. Bu müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədən tərtib olunmuşdur. Nüsxədən biri icarəyə vərəndə, digəri isə icarədarda saxlanılır.

Ünvan: Bakı şəhəri. N. Nərimanov r-nu.,
             Nazim Hacıyev küçəsi 3

Tel.:   (+994 12) 566 65 05
Mob.: (+994 50) 394 91 94
           (+994 55) 394 91 94
           (+994 70) 394 91 94